ABŞ Dövlət Departamenti ABŞ-ın Kiyevdəki səfirliyinin bəzi əməkdaşlarına və onların ailə üzvlərinə Ukraynanı tərk etməyə icazə verib.
Bu barədə Dövlət Departamentinin bəyanatında qeyd olunur.
“Dövlət Departamenti ABŞ-dan olan diplomatların Ukraynanı könüllü şəkildə tərk etməsinə icazə verib və Rusiyanın davam edən hərbi təhlükəsi səbəbindən bu şəxslərin ailə üzvlərinin də Kiyevdəki səfirliyi tərk etməsinə göstəriş verib”, - bəyanatda deyilir.
Dövlət Departamenti Ukraynadakı ABŞ vətəndaşlarına da artıq indidən bu ölkəni tərk etməyi düşünməyi tövsiyə edib.
Oxu.az