72 yaşlı kişi faciəvi şəkildə öldü

ÖLKƏ
22:15 / 26.01.2022
1772

Sumqayıtda tək yaşayan kişi dəm qazından boğulub.

Hit.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Fərdi yaşayış evində tək yaşayan 1949-cu il təvəllüdlü Əzimov Xandadaş Səttar oğlu dəm qazından boğularaq ölüb.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1