Özbəkistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Daşkənddə “Kətibə Tövhid vəl-Cihad” terror təşkilatına mənsub olmaqda şübhəli bilinən 30 nəfəri həbs ediblər.
Hit.az xəbər verir ki, bu barədə Özbəkistanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Özbəkistanın hüquq-mühafizə orqanlarının Daşkənddə keçirdiyi birgə əməliyyat zamanı “Kətibə Təvhid vəl-Cihad” terror təşkilatına mənsub olmaqda şübhəli bilinən 30 nəfər saxlanılıb”, - məlumatda deyilir. Saxlanılanların paytaxta işləmək üçün Əndican, Surhandar və Kaşkədar bölgələrindən gəldikləri qeyd edilir.
İlkin araşdırma zamanı mətbuat xidməti bildirib ki, onlar Suriyaya gedib yaraqlılara qoşulmağı planlaşdırıblar.