Şəhidin adına protokol göndərilib? - DİN-dən AÇIQLAMA

ÖLKƏ
10:05 / 29.01.2022
1839

Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır. 

Bununla bağlı DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Hot.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik  onun adına tərtib edillib:

"Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".

2