"Selfinaz 2"nin qala gecəsində nələr oldu? - FOTOLAR

MAQAZİN
14:26 / 29.01.2022
2607

Aktyor Fərda Aminin çoxdandır gözlənilən "Selfinaz 2"-si baş tutub.

HİT.Az xəbər verir ki, qala gecəsində aktyorun yaxınları, sənət dostları və sevənləri bir araya gəlib. Tamaşadan öncə "Ruhunuzu qıdıqlayacam" deyən Fərda, sözünü tutub. Yumorist "Selfinaz 1"dəki üslubunu bu dəfə də qoruyaraq zaldakıları güldürüb.

"Artlemma Film" tərəfindən həyata keçirilən "Stand up" şou böyük maraqla qarşılanıb. Fərda Amin və Təvəkkül T. Mehrəliyevə aid olan ssenari 5 ilə ərsəyə gəlib. Tamaşanın rejissorluğunu Təvəkkül T. Mehrəliyev, baş prodüserliyini isə Resan Mehrəliyev edib.

"Selfinaz 2" fevral ayının 10-dan etibarən bütün kinoteatrlarda izləyicilərin ixtiyarına veriləcək. Biletləri kinoteatrların kassalarından əldə edə bilərsiniz.

0