Abşeronda bu xəstəxanada koronavirusdan 90 faiz ciyərləri zədələnən xəstə sağaldı

ÖLKƏ
17:30 / 01.02.2022
1286

Abşeron Modul Tipli Xəstəxanasında 7 gün süni nəfəs aparatında qalan ağır çəkili qadın koronavirus xəstəliyindən sağalıb. 

HİT.az xəbər verir ki, yanvar ayının 14-də 1962-ci il təvəllüdlü Nənəbacı Qafarova ağır təngənəfəslik, hərarətin qalxması və ağ ciyərlərin 90 faiz zədəli halda Abşeron Modul Tipli Xəstəxanasına yerləşdirilib. 

Abşeron Modul Tipli Xəstəxananın baş həkimi Oruc Şəfiyevin rəhbərliyi altında xəstənin vəziyyəti öyrənilib və həyati göstəriciləri, həyatı funksiyaları pozulmuş və yaşaması risk altında olan Nənəbacı Qafarova reanimasiya şöbəsinə daxil edilib. 

Oruc Şəfiyevin rəhbərliyi altında reanimasiya şöbəsinin mütəxəssis həkimləri xəstəyə xidmət göstərərək, Nənəbacı Qafarovanı yenidən həyata qaytarıblar. Xəstənin bütün laboratoriya testləri və instrumental müayinələri götürülüb. Şəraitə uyğun müalicələri aparılıb.  

7 gün süni nəfəs aparatında qaldıqdan sorna ağır çəkili xəstə Nənəbacı Qafarova hazırda özünü yaxşı hiss edir: "Təngnəfəs olmuşdum, hərarətim yüksək idi. Ondan bir həftə əvvəl evdə qızdırmam oldu. İstədim evdə özümü müalicə edəm, amma təngnəfəs oldum. Yanvarın 14-də təcili yardımla buraya yerləşdirilmişəm. Bir neçə gün süni nəfəs aparatında qaldım. Sonra aparatdan ayırıldım. İndi özümü yaxşı hiss edirəm. Başda Oruc Şəfiyev olmaqla Emin həkim mənə bir insan kimi mehriban və peşəkar münasibət göstərən, yenidən mənə həyat verən həkimlərə, tibb bacılarına təşəkkür edirəm”.

Qeyd edək ki, xəstə Nənəbacı Qafarova onunla bir evdə yaşayan iki qızı da Abşeron Modul Tipli Xəstəxanasına yerləşdirilib. Hər üç xəstənin vəziyyəti yaxşıdır.

0