Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb.
Bu barədə Hit.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Qaxbaş kənd sakini, 1965-ci il təvəllüdlü Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında kənd ərazisindəki su kanalından taplıb.


