DİQQƏT! Saxta 5 manatlıq əsginası - VİDEO

ÖLKƏ
12:03 / 04.02.2022
1075

Azərbaycanda dövriyyədə saxta pul nişanlarının olması ilə bağlı görüntülər ortaya çıxıb.

“Ölkə.Az”ın məlumatına görə, bəzi şəxslər saxta 5 manatlıq əsginatları videolentə alaraq vətəndaşlara xəbərdarlıq edib.

Videogörüntüdən məlum olur ki, saxta 5 manatlıq pul nişanının arxa tərəfində üzərində “MANAT” yazılmış mühafizə sapı daha açıq rəngli və qeyri-dəqiq görünür. Eləcə də, işıq altında baxdıqda saxta pul əsginasında gerb elementləri görünmür.

Qeyd edək ki, saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Ölkə.Az mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) sorğu göndərilib.

0