Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcək.
Hit.az “A Haber” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay açıqlayıb.
Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq. “Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - Fuat Oktay vurğulayıb.
Türkiyənin vitse-prezidenti vurğulayıb ki, bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub.
O, qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir.