"Omikron"a yoluxan Ərdoğan və həyat yoldaşının səhhəti ilə bağlı AÇIQLAMA

DÜNYA
19:58 / 05.02.2022
826

Koronavirusun "omikron" ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır.

Hit.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb.

Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur.

Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun "omikron" ştamına yoluxublar.

Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.

0