Xarici vətəndaş azərbaycanlı arvadını GÜLLƏLƏDİ - FOTO

DÜNYA
15:30 / 07.02.2022
1281

Ərlə arvad arasında düşən mübahisə qanlı sonluqla nəticələnib 

"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Maltəpə şəhərindəki evlərin birində baş verib.

Gəmiqayırma zavodunda işləyən 38 yaşlı Özal T. özəl xəstəxanada mama işləyən Azərbaycan əsilli həyat yoldaşı CəmiləT. ilə mübahisə edib.

Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən Özal T. əkiz qızlarını əvvəlcə evin bir otağına kilidləyib, daha sonra arvadını tapança ilə vurub. Odlu silahdan açdığı atəş nəticəsində qadını yaralayan Özal T. daha sonra özünüdə vuraraq intihara cəhd edib.

Hər iki yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatıdırılıb.

Hadisənin səbəbləri araşdırılır. 

1