Bakıda uşaq dünyaya gətirən yeniyetmə ilə bağlı rəsmi məlumat yayılıb.
HİT.az xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumatda bildirilir ki, yeniyetmə qız xəstəxanaya gələndə artıq hamilə olmayıb: "Aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb" - xəstəxanadan bildirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
*** 10:01
Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.
HİT.az "Report"a istinadən xəbər verir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.
Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.
Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.


