Klublararası DÇ-nın finalçıları müəyyənləşdi

İDMAN
01:17 / 10.02.2022
879

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan futbol üzrə klublararası dünya çempionatında finalçılar müəyyənləşib.

Sonuncu yarımfinal görüşündə İngiltərənin "Çelsi" və Səudiyyə Ərəbistanının "Əl Hilal" komandaları üz-üzə gəlib. 

Bu oyunda 1:0 hesablı qələbəyə sevinən Avropa təmsilçisi adını finala yazdırıb. İngiltərə klubunun yeganə qolunu 32-ci dəqiqədə Romelu Lukaku vurub.
 
"Çelsi" finalda Braziliyanın "Palmeyras" komandası ilə qarşılaşacaq. Həlledici oyun fevralın 12-də keçiriləcək. Həmin gün "Əl Hilal"la "Əl Əhli" (Misir) də 3-cü yer uğrunda üz-üzə gələcək.
 
Bu gün həm də 5-ci yer uğrunda oyun keçirilib. Bu oyunda yarımfinala vəsiqə qazana bilməyən Meksika "Monterrey"i ilə BƏƏ təmsilçisi "Əl Cəzirə" qarşılaşıb. "Monterrey" 3:1 hesabıyla qalib gələrək, 5-ci yeri tutub./matc.az

0