ABŞ polisi ölkədə baş verən hadisələrə müdaxilə zamanı 1055 nəfəri silahla öldürüb.
HİT.az xəbər verir ki, bu haqda ABŞ-ın "Washington Post" nəşri məlumat yayıb.
Statistikaya görə, 2021-ci ildə polislər tərəfindən öldürülən şəxslərin 94 faizinin kişi olduğu, 85 faizinin isə hadisə zamanı silahlı olduğu məlum olub. Son bir il ərzində öldürülən insanların bir faizini azyaşlı uşaqlar təşkil edib.
Qeyd edək ki, Minnesota polisi 2020-ci ildə saxlanma prosesi zamanı qaradərili Corc Floydun ölümünə səbəb olduqdan sonra hüquq-mühafizə orqanlarına reaksiyalar artdı və müxtəlif ştatlarda polisi öyrətmək və onların davranışlarını məhdudlaşdırmaq üçün 400-dən çox qanun layihəsi təqdim edildi.
Sadiq İsmayılov