Çempionlar Liqasının formatı dəyişdiriləcək

İDMAN
21:05 / 10.02.2022
812

UEFA Çempionlar Liqasında yarımfinal və final oyunlarının formatını dəyişdirməyə hazırlaşır.

Bu barədə qurumun prezidenti Aleksander Çeferin məlumat verib.


O bildirib ki, yeniliklər ən tez 2024/2025 mövsümündən tətbiq oluna bilər.

Çeferinin sözlərinə görə, bir çox klub prezidentləri, o cümlədən PSJ-nin sahibi Nasser Əl-Xəlafi də onunla həmfikirdir.

Yeniliklərə əsasən, yarımfinal və final matçları “Dördlər finalı” formatında təşkil ediləcək. Belə olacağı təqdirdə isə yarımfinaldan etibarən ev-səfər görüşləri ləğv olunacaq.

0