Ədalət Muradov bu şəxsin oğluna yüksək vəzifə verdi

ÖLKƏ
17:57 / 11.02.2022
1233

Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinə yeni direktor təyin edilib.

Manşet.az-ın əldə etdiyi məlumata görə, rektor Ədalət Muradovun müvafiq əmri ilə Universitetin Karyera Mərkəzinin direktoru Sənan Vəkil oğlu Həsənov təyin edilib.

Bildirək ki, yeni direktorun atası Vəkil Həsənov da Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Belə ki, o, tarix kafedrasının müdiridir.

0