Narkotikin təsiri altında olan sürücü məhkəməlik oldu

ÖLKƏ
23:00 / 11.02.2022
523

Cəlilabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Vaz 21723” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü Cəlilabad rayon sakini Ə.Əlizadənin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən Ə.Əlizadənin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Rayon Məhkəməsinə göndərilib.

0