Türkiyənin Bursa şəhərində gündüz saatlarında dəhşətli cinayət hadisəsi qeydə alınıb.
Hit.az xəbər verir ki, polis əməkdaşı xidməti silahla həyat yoldaşı və yaxın dostunu küçədə başından güllələyib.
Hadisə anı ətrafdakı müşahidə kameralarına anbaan əks olunub. Çox keçməyib ki, polis saxlanılıb.
Onun barəsində qətimkan tədbiri seçilib. Bildirilir ki, polis və həyat yoldaşı boşanma ərəfəsində olub.
Faktla bağlı araşdırma aparılır.