"Topçu Vüsal" qəzaya düşdü - FOTO

ÖLKƏ
12:37 / 13.02.2022
1457

Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.

Hadisə Xaçmaz rayonunda baş verib. Belə ki, V.Şahkərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza  nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.

O, açıqlamasında məlumatı təsdiqləyib:

"Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır".//unikal.org

0