İtkin düşən kursantla bağlı MN-dən AÇIQLAMA: Axtarış gedir - YENİLƏNİB 

ÖLKƏ
22:58 / 14.02.2022
1045

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Hüseynli Vüsal Elşən oğlunun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

21:37

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

HİT.az-ın xəbərinə görə, bu barədə APA-ya kursantın qohumu Adil Babaşov məlumat verib.

A.Babaşov bildirib ki, qohumu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə "28 May" metrostansiyasından çıxarkən görülüb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.

0