UEFA Rusiyanın Ukraynaya mümkün müdaxiləsi halında cari mövsüm Çempionlar Liqası finalının təşkili hüququnun Sankt-Peterburqdan alınabiləcəyi xəbərinə reaksiya verib.
“UEFA daim vəziyyəti yaxından izləyir. Hazırda məkanın dəyişdirilməsi kimi bir planımız yoxdur”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl İngiltərənin “Football.London” saytı Rusiya və Ukrayna arasında münasibətlərdə siyasi vəziyyətin dəyişəcəyi təqdirdə UEFA-nın mayın 28-də keçiriləcək turnirin finalını Sankt-Peterburqdan ala biləcəyi barədə məlumat yayıb.
oxu.az