Birləşmiş Ərəb Əmirliyinin müğənnisi Hüseyn əl-Çeşmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə səfəri münasibətilə türk dilində mahnı ifa edib.
Müğənni türk dilində “Her şey seni hatırlatıyor” (Hər şey səni xatırladır) mahnısını ifa edib.
Sənətçi mahnını ifa etdiyi 4 dəqiqəlik videonu “YouTube” kanalında yayımlayıb. Videoda Türkiyə və BƏƏ səhnələri də yer alıb.
Çeşmi mahnını "BƏƏ xalqından türk xalqına hədiyyə" mesajı ilə paylaşıb.
Qeyd edək ki, R.T.Ərdoğan ötən gün BƏƏ-yə rəsmi səfərdə gedib./Ölkə.Az