Ziya Məmmədovun şirkətinin dövlətə borcu var: 681 min manat... - VİDEO

ÖLKƏ
17:10 / 16.02.2022
1462

Sabiq Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən, "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi "Baghlan Group"a bağlı olan "Transqeyt" MMC-nin dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yaranıb. 

Qaynarinfo xəbər verir ki, qanuni təmsilçisi Bayramov Elsevər Məşkur oğlu olan MMC-nin bu günə olan vergi borcu 681 min 942 manat 35 qəpikdir. 

Qeyd edək ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri "Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. MMC-nin nizamnamə kapitalı 9 milyon 586 min 400 manatdır.

Bu arada "Transqeyt" MMC mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsinə görə məhkəməyə verilib.

2