Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.
Hit.az xəbər verir ki, o, bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
Türkiyəli nazir Ceyhun Bayramovu COVID-19-a yoluxduğuna görə qarşıdakı günlərdə planlaşdırılan Azərbaycan səfərini təxirə salmaq məcburiyyətində qaldığına dair məlumatlandırıb.