Sərnişinlərə şad xəbər: ... bərpa olunur - VİDEO

ÖLKƏ
16:10 / 18.02.2022
2048

İki ildən çoxdur ki, fəaliyyəti dayanan sərnişin qatarlarının ölkədaxili hərəkəti bərpa oluna bilər.

Bu barədə Qaynarinfo-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, yaxın vaxtlarda Azərbaycanda bir neçə bölgə istiqamətində qatarların hərəkəti bərpa olunacaq. İlk olaraq Bakı-Gəncə-Qazax dəmir yolu üzrə hərəkət edən qatarların bərpası gözlənilir.

Qeyd edək ki, Azərbaycanda sərnişin qatarlarının fəaliyyəti iki ildən yuxarıdır ki, dayanıb. 

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan Qaynarinfo-ya məsələ ilə bağlı məlumatsız olduğunu bildiriblər.

0