Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq.
Gundem.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək toplantı saat 10:00-da start götürəcək. İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.
Tədbirdən sonra mətbuat konfransı nəzərdə tutulub.
Qeyd edək ki, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərovdur.