İstehlaka yararsız qida məhsulları məhv edildi

ÖLKƏ
17:30 / 18.02.2022
908

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən HİT.az-a verilən məlumata görə, “Siren Trading” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 7070 kiloqram un və un məmulatları, dənli paxlalı bitkilər, şəkər və digər məhsullar “Təhlükəli tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

0