Xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva övladı barədə danışıb.
Hit.az-ın məlumatına görə, aktrisa "Xəbər-ətər" verilişində deyib:
"Xəstəlik qoymadı yaxşı qalam, üzümdə qırışlar yarandı. 1973-cü il təvəllüdlüyəm. Rəbbimdən heç bir istəyim yoxdur. Bir balaca möhlət istəyirəm. Allah nə veribsə, şükür etmişəm. Bircə sağlam möhlət istəyirəm ki, körpəmi böyüdüm.
Həyat yoldaşıma deyirəm ki, görəsən, məni sevməyən var? O da deyir, təbii ki, istəməyənlər var. Zamanında Allahı sevməyən varsa, məni də sevməyənlər var. Sevənlərlə yaşayıram. Məni tamaşaçı duası, həkimlərin peşəkar baxışı və Allahım yaşadır".