Sabiq prokuror vəfat etdi - FOTO

ÖLKƏ
09:27 / 20.02.2022
1815

Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru, ehtiyatda olan ədliyyə generalı vəfat edib.

APA-nın məlumatına görə, Hüseyn Muxtar oğlu Hüseynov uzun müddət davam edən xəstəlikdən sonra ötən gün rəhmətə gedib.

H. Hüseynov bu gün dəfn ediləcək.

Qeyd edək ki, H. Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb.

O, 1991-ci ildə Naxçıvanın prokuroru olub. H.Hüseynov eyni zamanda Yasamal, Səbail rayonlarında prokuror kimi fəaliyyət göstərib. Respublikanın Baş Prokurorluğunda bir sıra vəzifələrdə çalışıb. 2002-ci ildən ehtiyata buraxılıb.

0