Azərbaycanda 84 ilin avtomobili görənləri heyran edir - VİDEO

ÖLKƏ
16:32 / 20.02.2022
840

Çöl görünüşü əla vəziyyətdə, salonu da səliqəli, mühərriki isə saat kimi işləyir... Görənləri heyran edən bu avtomobil, nə az nə çox, düz 1938-ci ilin istehsalıdır.

HİT.az xəbər verir ki, avtomobili göz bəbəyi kimi qoruyub saxlayan Teymur Məmmədov deyir ki, retro avtomobil 1970-ci ildən Sumqayıtdadır. Ona isə bu maşını yaxını hədiyyə edib.

Sahibi deyir ki, bu avtomobili adətən klip çəkilişlərində və toylarda gəlin gətirmək üçün istifadə edirlər. "Mercedes" markalı bu retro avtomobil 2,4 litr həcmli mühərrikə sahib olmaqla, 85 at gücünə malikdir.

Əslən Qubadlı rayonundan olan Teymur Məmmədovun bu retro avtomobillə bağlı arzuları da var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

0