Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı

ÖLKƏ
16:40 / 21.02.2022
722

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1038 yeni yoluxma faktı qeydə alınıb, 3 324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 775 432 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 737 710 nəfər müalicə olunaraq sağalıb, 9 261 nəfər vəfat edib, aktiv xəstə sayı 28 461 nəfərdir.

Ölkədə son sutka ərzində 5 683, hazırkı dövrədək isə 6 491 040 test aparılıb.

0