Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdı

DÜNYA
22:08 / 21.02.2022
1002

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Təhlükəsizlik Şurasının iclasında səsləndirilən bəyanatlarla əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDC) təcili iclasının çağırıldığını açıqlayıb.

HİT.az xəbər verir ki, o, bu barədə Tvitterdə paylaşım edib.

“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatlarla əlaqədar mən Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla təcili məsləhətləşmələr apardım və Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırdım”, - deyə Ukrayna lideri bildirib.

0