Rusiya qoşunları Nikolaevdəki "Kulbakino” hərbi aerodromunu atəşə tutub.
Qaynarinfo "Nikvesti”yə istinadla xəbər verir ki, düşmən atəşinin nəticələrini yerli uçuş klubunun direktoru Dmitri Filonenko videoda nümayiş etdirib.
"Zərbə endirildi, arxamda bir maye çəninə dəydi, hələ də tüstülənir. Putinin, Rusiyanın tərəfdarları, görün nələr baş verir", - deyib.
Qeyd edək ki, dünən, fevralın 23-ü axşam saatlarında "DXR” və "LPR” liderləri Denis Puşilin və Leonid Paseçnik Rusiyadan "respublikalarına” hərbi yardım göstərməyi xahiş ediblər. Bu gün Ukraynaya Rusiya hərbi qüvvələrinin hücumu başlayıb.