Rusiya Çernobıl AES-i ələ keçirdi - Əsirlər var

21:56 / 24.02.2022
1198

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.

"Unikal" "Nastoyaşe Vremya"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova "Facebook" səhifəsində məlumat verib.

"Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir", - Şevtsova bildirib.

1