Ukraynanın Xarkov şəhərində küçə döyüşlərində həlak olan azərbaycanlının kimliyi məlum olub.
Bu barədə Modern.az-a Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib.
Onun sözlərinə görə, həlak olan Azərbaycan vətəndaşı Qoşqar Məmmədovdur, o tələbə olmayıb.
"Bura əmisigilə qonaq gəlmişdi, gəncdir. Mağazadan nəsə almaq üçün küçəyə çıxıb. Atılan güllələrdən biri ona dəyib. Hadisə zamanı orada başqa iki nəfər də olub. Onlara heç nə olmayıb", - S.Adgözəlli vurğulayıb.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatda Xarkovda küçədə güllələnərək öldürülən azərbaycanlı gəncin tələbə olduğu bildirilirdi. Araşdırma zamanı onun şəhərə qonaq gəldiyi məlum olub.