Ukrayna ordusunda vuruşan azərbaycanlı generalın oğlu yaralandı (FOTO)

ÖLKƏ
10:22 / 28.02.2022
618

Ukrayna ordusu sıralarında xidmət edənlər arasında azərbaycanlılar da var.

Onlardan biri Ukrayna Milli Qvardiyasının polkovnik Pyotr Bolboçan adına üçüncü operativ təyinatlı briqadasında xidmət edir.
 
1995-ci il təvəllüdlü Vəliyev Teymur Fikrət oğlu müqavilə əsasında Ukrayna ordusunun sıralarında yer alır. O, fevralın 27-də Xarkovun azad edilməsi uğrunda döyüşlərdə yaralanıb.
Teymur Vəliyevin atası Fikrət Vəliyev də hərbçidir. O, ehtiyatda olan generaldır.//oxu.az
0