Rusiya ordusu daha iki şəhəri ələ keçirdi - Ukraynanın verdiyi SON İTKİLƏR

DÜNYA
14:34 / 28.02.2022
1100

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Berdyansk və Enerqodar şəhərlərini nəzarətə götürüb.

Bunu brifinqdə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib. O əlavə edib ki, Rusiya aviasiyası Ukraynanın bütün ərazisi üzərində hava üstünlüyü əldə edib:

"Son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələri 8 "Buk M-1" döyüş maşını, "S-300" və "BUK-M-1" hava hücumundan müdafiə sistemlərini, "P-14" stansiyaları olan üç radio mövqeyini, yerdə 4 və havada bir döyüş təyyarəsini məhv edib".

Qeyd edək ki, xüsusi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri Ukraynada 1114 hərbi infrastruktur obyekt, 314 tank və digər zirehli döyüş texnikası, 57 reaktiv yaylım atəşi sistemi, 121 səhra artilleriya və minaatan, 274 ədəd xüsusi təyinatlı hərbi texnikanı məhv edib. (Sfera.az)

5