Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara fasilə verilib. Hit.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak özünün tvitter səhifəsində yazıb.
O qeyd edib ki, hər iki tərəf öz hökumətlərinə məlumat verir. Danışıqlarda 3-cü raund başlayacaq.
xxx 18:15
Ukrayna və Rusiya danışıqları hələ başa çatmayıb.
Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Bildirilib ki, onlara danışıqlarda iştirak edən mənbə məlumat verib.
18:00
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Hit.az xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.
Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
***14:49
Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Bu barədə “Sputnik Belarus” tərəflər arasında görüş başladığını açıqlayıb
***12:50
Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar aparmaq üçün Belarus-Ukrayna sərhədi ərazisinə gəlib.
"Unikal" RBC-Ukrayna-ya istinadən xəbər verir ki, görüş Ukrayna-Belarus sərhəddində Pripyat çayı yaxınlığında baş tutacaq.
Nümayəndə heyətinin üzvləri:
“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arakhamia
Ukraynanın müdafiə naziri Aleksey Reznikov
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak
Andrey Kostin , TCG-də Ukrayna nümayəndə heyətinin rəhbəri
Xalq deputatı Rüstəm Umerov
Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski
Bildirilib ki, Kiyev dərhal atəşkəs və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edəcək.