Şəhid xanımları çətinliklərə qalib gələ bilsin deyə... - FOTO/VİDEO

ÖLKƏ
16:58 / 01.03.2022
1668

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” tədbirlərinin təşkili çərçivəsində növbəti seminar baş tutub. 

Budəfəki seminarda dəyişim üçün həyata yeni çərçivə qurmaq məqsədi daşıyan "Yenidənçərçivələmə - NLP texnikası" tətbiq edilib. 

Sayca 3-cü seminar-görüşdə şəhid xanımları "Yol varsa, ümid də var" psixoloji proqramının onların həyat və düşüncə tərzinə müsbət təsirindən bəhs edib, öz hədəflərində söz açıblar. 

Qeyd edək ki, layihənin rəhbəri Birliyin sədri Sevinc Fədai, təlimçi peşəkar psixoloq Rübabə Mərdanovadır. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilir. 

Xatırladaq ki, keçirilən layihədən gözlənilən nəticə şəhid xanımlarına həyata bağlılığın aşılanması və onların çətinliklərə qalib gələ bilməsi, təhsil imkanlarından faydalanaraq ölkənin sosial, ictimai, iqtisadi sahələrində yer almalarıdır.

0