Nüvə hücumları ilə hədələmə əks effekt verəcək - Rusiyalı sabiq nazir

DÜNYA
17:42 / 01.03.2022
1443

1990-1996-ci illərdə Rusiyanın Xarici İşlər naziri olmuş Andrey Kozırev Ukraynaya qarşı əməliyyatı sərt şəkildə tənqid edib. 

“Ölkə.Az”ın xəbərinə görə, Rusiyanın “Dojd” kanalına açıqlamasında sabiq qurum rəhbəri bildirib ki, Rusiyanın dünyanı nüvə hücumları ilə hədələməsi əks təsir effekti verəcək və bu Rusiyanın özünün məhvinə gətirib çıxaracaq: “Kreml mənim gözlərimin qarşısında Rusiyanı məhv edir. Rusiyanın Qərbi nüvə müharibəsi ilə hədələməsi birmənalı şəkildə müqayisə olunmaz səviyyədədir. Çünki nüvə zərbəsinə veriləcək cavab Rusiyanı məhv edəcək. Kiselyov hesab edir ki, nüvə silahı ilə ABŞ-ı məhv edəcəyik. Amma unutmur ki, buna cavab nəticəsində Rusiya da məhv olacaq. Bunlar Rusiyanı niyə məhv etmək istəyirlər?”

Rusiyanın Ukraynaya hərbi müdaxiləsini kəskin pisləyən sabiq nazir deyib ki, "qardaş Ukraynaya hücum edilir və oradakı qardaşlarımızı öldürürlər, şəhərləri dağıdırlar və s. Bununla bərabər rus xalqı da məhv edilir".

“Bilmirəm bizim hərbçilər nə fikirləşir. Onlar ilk növbədə Rusiya analarını, övladlarını, Rusiya şəhərlərini müdafiə etməlidirlər. Onların ilk vəzifəsi nüvə avantürasına imkan verməməkdir. Əks halda onlar öz vətənlərinin müdafiəsində yox, məhvində iştirak etmiş olacaqlar. Özü də heç bir səbəb olmadan”.

0