Daxili işlər nazirindən yeni TƏYİNAT

ÖLKƏ
23:39 / 01.03.2022
2492

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Əliyev Cavanşir Məhərrəm oğlu Saatlı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq Göygöl rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, M. Əliyev məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin Gəncə şəhər şöbəsinin rəisi Cavanşir Əliyevin oğludur.

3