"Moskvanın bir həftə əvvəl dəstəyinə ümid etdiyi ölkələr artıq Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”.
HİT.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa video-müraciətində deyib. O, bildirib ki, müharibə dövründə biz Avropanı birləşdirdik:
"Savaş dövründə biz Avropanı birləşdirdik. Təkcə dövlətlər yox, həm də xalqlar, siravi insanlar səviyyəsində bunu etdik. Dünən Avropa Parlamentində bizi alqışlamaları həm də mübarizəmizin alqışlanması, səylərimizin qiymətləndirilməsi idi”, - Prezident bildirib.
V.Zelenski deyib ki, buna görə də Avropa İttifaqı Ukraynanı müsbət qiymətləndirir.