Peyvənd olunanların sayı açıqlandı

ÖLKƏ
18:51 / 03.03.2022
393

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 30 871 vaksin vurulub.

Hit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 769, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 675, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25 705, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 722 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 082 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 304 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 790 428, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 778 250, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 209 564 nəfər təşkil edir.

0