SDU-nin baş müəllimi vəfat etdi

ÖLKƏ
09:44 / 04.03.2022
1061

Sumqayıt Dövlət Universitetinin (SDU) baş müəllimi Əhmədağa Rzaquliyev vəfat edib.

Hit.az xəbər verir ki, o, təxminən, bir həftə əvvəl insult keçirib və xəstəxanada müalicə alırmış.

Ə.Rzaquliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, o, SDU-nun Metrologiya və standartlaşdırma kafedrasının baş müəllimi vəzifəsində çalışırmış.

0