Ukraynadakı vəziyyətlə əlaqədar olaraq təxliyə olunan Azərbaycan vətəndaşlarının olduğu daha bir təyyarə reysi Bakıya çatıb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, aralarında 7 körpə olmaqla 184 sərnişin ölkəyə gətirilib: “İndiyədək baş tutan yeddi çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin gətirilməsi üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir.
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycanlılar, Rumıniya ərazisindən həyata keçirilən növbəti @azalofficial ✈️ çarter reysi ilə, aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 7 çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib. pic.twitter.com/H5woqtpFEP
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) March 5, 2022