Rusiya Xersondakı hərbi bazanı ələ keçirdi

DÜNYA
21:51 / 05.03.2022
918

Rusiya Xerson vilayətindəki hərbi bazanı nəzarətə götürüb.

HİT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, rus əsgərləri Xerson vilayətinin Radensk kəndi yaxınlığındakı Ukrayna hərbi bazasına nəzarəti ələ keçiriblər.

“Ukrayna əsgərləri hərbi-texniki maşın və silahlarla bazanı tərk edərək tez bir zamanda mövqelərini tərk ediblər”, - məlumatda deyilir.

Bildirilib ki, Ukrayna hərbi bazasında “T-64” və “T-80” model tanklar da var.

1