Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Prezident Vladimir Zelenskinin ABŞ-ın ən yüksək mükafatlarından biri olan Ronald Reyqan Azadlıq medalı ilə təltif olunduğunu açıqlayıb.
Hit.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Ronald Reyqan Prezident Fondunun rəhbəri Frederik Rayanın Ronald Reyqan Azadlıq medalını Zelenskiyə təqdim edib.
Rayanın sözlərinə görə, bu mükafat Vladimir Zelenskinin liderliyini və öz gələcəklərini seçmək hüquqlarını müdafiə edən və bütün sivil dünyanı Prezidentin verdiyi azadlıq və demokratiya dəyərləri uğrunda mübarizəyə ruhlandıran milyonlarla ukraynalının sarsılmaz ruhuna itfah olunub.