Bakıda avtobus qəzası: Çox sayda yaralı var 

ÖLKƏ
10:15 / 08.03.2022
908

Bakıda avtobus qəzası baş verib.

Hit.az xəbər verir ki, hadisə Qaraçuxur-Hövsan yolunda qeydə alınıb.

Məlumata görə, ötən gecə "Azland Plaza" MMC-nin istismarında olan 161 saylı xətt üzrə hərəkət edən 99 MK 631 dövlət qeydiyyat nişanlı avtobus Qaraçuxur-Hövsan yolunda aşıb. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

0