Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdən köçürüldü

SİYASƏT
11:25 / 08.03.2022
707

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyevdə artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Bu barədə HİT.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar: 

+380 73 5050000
+380 99 408 99 43 

0