Güləşçimiz ermənini udaraq finala yüksəldi

İDMAN
20:19 / 08.03.2022
1293

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

HİT.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib Ermənistan təmsilçisi Tiqran Minasyan olub.

Qarşılaşmanın əvvəlindən ardıcıl fəndlər tətbiq edən Məmmədli sona 63 saniyə qalmış 9:0 hesablı tam üstünlüklə qələbəni təmin edib.

Finalda onun rəqibi Vitali Yeryomenko (Moldova) - İrakli Dzimistraişvili (Gürcüstan) görüşünün qalibi olacaq.

Qeyd edək ki, 87 kq-da yer alan Laçın Vəliyev də bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. 63 kq-da Ziya Babaşov və 77 kq-da Xasay Həsənli müvafiq olaraq gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə çempionluq uğrunda mübarizə aparacaq.

0